Əsəbisən? - TEST

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 5 467
Səs ver:
(səs: 6)
1.Dəqiq insansan?
2.Özünü maraqlı sima sayırsan?
3.Sözü üzə deyənsən?
4.Səni özündən çıxarmaq asandır?
5.Şəxsi həyatından razısan?
6. Hövsələsizsən?
7. Qorxaqsan?
8. Çoxlarına həsəd aparırsan?
9. Özünə nə isə almaqda çox tərəddüd edirsən?
10.Qısqancsan?
11.İşdə vaxt azlığından şikayət edirsən?
12. Hər xırda məsələ səni qıcıqlandırır?
13.Komplekslisən?
14.Dostlarına etibar edirsən?
15.Düşünürsən ki, işdə səni heç kim əvəz edə bilməz?
16. Hər xırda şeyə sevinə bilirsən?
17.Müdirin yanında özünü gərgin hiss edirsən?
18.Gün ərzində 5-dən çox siqaret çəkirsən?
19.Pis hadisələri tez unudursan?
20.Ailə üzvlərinlə və kolleqalarınla tez-tez mübahisə edirsən?
21.Səhərlər özünü gərgin və əsəbi hiss edirsən?
22.Günə 3 fincandan artıq kofe içirsən?
23.Yuxu pozğunluğundan əziyyət çəkirsən?
24.Hava dəyişkənliyinə reaksiya verirsən?
25.Çəkin normasından artıqdır?
26.Nəbzin normal halda dəqiqədə 80 dəfə vurur?
27.İdmanla məşğul olursan?
28.Gözlərinin altında qara kölgələr var?
29.Səs-küydən qaçırsan?
30.Başın tez-tez ağrıyır?
31.Mədə-bağırsaq sistemin səni narahat etmir ki?
32.əsəbdən ovuclarınn içi tərləyir?
33.Ürəyində ağrılar hiss edirsən?
34.Yeməklərində yumurta, kərə yağı və digər yağlardan çox istifadə edirsən?
35.Şirniyyatı sevirsən?
36.İşə tezdən getməyə məcbursan?

Nəticə
əgər topladığın xal 1-dən 6-ya qədərdirsə, sənin əsəblərin dəmir kimidir. Səni heç nə özündən çıxara bilməz. ən faciəvi hadisə belə sənə təsir etmir. Səhv buraxmağı sevmirsən. Ona görə də işlərin yolunda gedir.
əgər xal 7-dən 13-ə qədərdirsə, əsəblərin gərgindir. Amma hələ normasını aşmayıb. Hələ ki, gec deyil, özünü ələ al və yaxşıca götür-qoy et. Çünki əsəbləşəndə gözünə heç nə görünmür. Bu belə davam etsə, əsəblərin tarıma çəkilər və buraxdığın səhvlərin hesabını ödəyə bilməzsən.

Topladığın xallar 14-dən 21-ə qədərdirsə, demək, ən xırda xoşagəlməz hadisə səni narahat edə bilər. Özünü ələ ala bilməmək sənə çox vaxt problem yaradır. Əgər əsəblərinə hakim ola bilmirsənsə, insanlarla öz aranda məsafə saxla. Hər söhbətə qarışma və mübahisələrdə öz rəyini bildirməkdən çəkin. Daimi başağrıları və tərləmə əsəb gərginliyindən irəli gəlir.

22 xaldan 31 xala kimi toplamısansa, sənin psixoloqa ehtiyacın var. Hirsli olduğun vaxt təmiz havada gəzməyə çıx. Min ölç, bir biç və daha sonra sənə qaranlıq olan məsələyə aydınlıq gətir. Unutma ki, hirslənəndə göz, hirs keçəndən sonra isə üz qızarır! Çay və ya kofe əvəzinə, valerian və ya sakitləşdirici çaylar iç.

31 xaldan çox toplamısan? Buna faciə də demək olar. Sənin qəlbini qırıb, ağlatmaq o qədər asandır ki... Dünyadan küsüb, hər şeydən imtina etmək sənin üçün heç nədir. Dostlarınla aranda yaranan mübahisə işinə də təsir edir. Sən mütləq həyat tərzini dəyişməlisən. İnsanlarla daha çox ünsiyyətdə olmalı və ən əsası psixoterapevtin qəbuluna yazılmalısan. Yoxsa buraxdığın səhvlər həyatını alt-üst edəcək.
«Hə» cavabına 2 xal, «Bəzən, arada olur» cavabına 1 xal, «Yox» cavabına 0 xal yazın.
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 5 467
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri