Doğum gününüzün rəngi və xarakteriniz ( I hissə )

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2644
Səs ver:
(səs: 4)
İnformasiya və ya İnsan xarakterini bilmək üçün müxtəlif psixoloji diqqət testləri mövcuddur. Mütəxəssislər iddia edir ki, bir çoxlarının diqqətini çəkən bu bilgilər sayəsində həqiqətən insan xarakterini müəyyən etmək mümkündür. Nədənsə, insanın daxilində daima özünü "tanımaq" istəyi yaranır. Və bu testlər, astroloji informasiyalar vasitəsilə kimliyimizi, özümüzə "gizli" olan xarakterlərimizi kəşf etməyə meyilli oluruq.
Doğrudanmı özümüzü tanımırıq? Əgər Siz də belə düşünürsünüzsə, o zaman doğulduğunüz tarixə görə rənginiz və dolayısı ilə xarakterizlə yaxından tanış olun.
(Tarixlər müxtəlif, rənglər isə oxsar olduğu üçün məlumatlar uzundur. Odur ki, bu yazını silsilə şəklində diqqətinizə catdırmamı anlayışla qarşılayacağınıza ümid edirəm).

Qırmızı ( 23 dekabr - 01 yanvar , 25 iyun - 04 iyul ) ------- Qırmızı : Şirin və sevgi doludur. Sevib, sevilməyi xoşlayar. Ümumiyyətlə şən və hərəkətlidir, amma arada bədbin, kefsiz olduğu anlar da az deyil. İnsanlarla yaxşı əlaqələr qurar, utancaqlıq etməz.
Narıncı ( 02-11 yanvar , 5-14 iyul ) -------- Narıncı : Məsuliyyəti və uyğun əlaqələr qurmağı sevər. Bir şeyə çatmaq üçün çox çalışır, mübariz və cidsi rəqabətçidir. Dostluq mövzusunda kimsəyə güvənməz, laki axtardığı doğru insanı tapınca ona sonsuza qədər güvənə bilər.
Sarı ( 12-24 yanvar , 15-25 iyul ) ------- Sarı : Sadə, müşfiq , comərd və şirin bir tipdir . İnsanlara güvənir, öndər olma ruhuna malikdir . Əsla altda olmağı sevməz. Başqalarının yerinə qərar verməyi xoşlayır . Daima romantik bir eşq axtarışındadır.
Çəhrayı ( 25 Yanvar - 3 Fevral , 26 İyul - 4 avqust ) -------- Çəhrayı : Hər zaman edə biləcəyinin ən yaxşısını etməyə çalışır. Digər insanları qorumağı və onlara kömək etməyi sevər, yardımsevərdir. Ancaq zaman zaman mənfi düşüncələrə malikdir. Nağıllardakı kimi bir eşq arzular.
Mavi ( 4-8 fevral , 5-13 avqust ) -------- Mavi : Özünə çox güvənməyən, lazım olduğu zaman cəsur ola bilən xarakterə sahibdir. Bədii bir təbiəti vardır və aşiq olmağı sevər. Ürəyinin səsini dinləmək yerinə, daha çox məntiqinə üstünlük verər.
Yaşıl ( 9-18 fevral , 14-23 avqust) --------Yaşıl : Hər mühitə ayaq uydurar, asanlıqla yeni insanlarla tanış olar. Sosiallaşma fobisi yoxdur, sərbəstdir, utancaq deyil. Zərifdir, daima lüks yaşam arzular. Özünə güvənən, sağlamlığına düşkün, səbirsiz və başqalarını istiqamətləndirən bir tipdir. Xəyal qurduğu aşiqinə qovuşana kimi onu gözləyər.
Qəhvə ( 19-28 fevral , 24 Avqust - 2 Sentyabr ) -------Qəhvə : Hərəkətli, enerjilidir. Başqalarını özünə yaxınlaşdırmaz, heç kimlə güvənməz, insanlarla asan yaxınlıq qurmaz , qura da bilməz . Ancaq buna baxmayaraq tez aşiq olar. İdeal olanı tapana qədər də axtarışını davam etdirər.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2644
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri