Dəri yaşlandıqca ona elastiklik qazandıran kolajen və elastin maddələrində azalma müşahidə edilir. Əlinizin üzərindəki dərini çimdikləyib dartın və bir dəqiqə bu vəziyyətdə saxlayın. Dərini buraxandan sonra normal halına qayıtması nə qədər çəkir?
Dərhal – 18-20 yaş 1 - 2 saniyə: 30-40 yaş arası 3 - 4 saniyə: 40-50 yaş arası 5 - 10 saniyə: 50-60 yaş arası 11 - 30 saniyə: 60-70 yaş arası 31 - 45 saniyə: 70-80 yaş arası 45 saniyədən çox çəkirsə, deməli 90 yaşındasınız.
Reaksiya Bədəniniz qocaldıqca xarici təsirlərə daha gec reaksiya verir. Yazı yazarkən istifadə etdiyiniz əlinizi açın və dostunuzdan əlinizin üzərində 45 santimetrlik bir xətkeş tutmasını xahiş edin. O, xətkeşi buraxanda siz tutun. Xətkeşi harasından tutmağınız sizin reaksiyanızın cəldliyindən və ya yavaşlığından xəbər verir.
14 sm: 20-30 yaş arası 15 - 24 sm: 30-40 yaş arası 25 - 29 sm: 40-50 yaş arası 30 - 35 sm: 50-60 yaş arası 40 sm: 60-70 yaş arası
Zehin 100-dən geriyə yeddi-yeddi sayın. Nə qədər müddətə saya bilirsiniz? Proses 25 saniyədən çox çəkirsə, deməli, zehniniz yaşlıdır.
20 saniyədən daha tez: yaşınız 40-a çatmayıb 25 saniyə: 40 - 60 yaş arası Nəticədən əmin olmaq üçün daha bir test də edin. Bir dəqiqə ərzində meyvə və tərəvəz adlarını sadalayın. Əgər fasilə vermədən 15 tərəvəz adı sadalaya bilmisinizsə, deməli, zehniniz 60 yaşa yaxınlaşır.
Tarazlıq Sağ ayağınızı 45 dərəcə əyri halda saxlayarkən, sol ayağınızın üzərində dayanın, əllərinizi isə ombanızın üzərinə qoyun. Gözlərinizi yumun. Sağ ayağınız üzərində tarazlığınızı itirmədən nə qədər dayana bildiyinizə diqqət edin. Bu hərəkəti bir neçə dəqiqə fasilə ilə 3 dəfə təkrarlayın. Üç dəfənin nəticələrini nəzərə alaraq təxmini müddəti hesablayın.
70 saniyədən çox: 20-30 yaş arası 60 - 69 saniyə: 30-40 yaş arası 50 - 59 saniyə: 40-50 yaş arası 40 - 49 saniyə: 50-60 yaş arası 30 - 39 saniyə: 60-70 yaş arası 20 - 29 saniyə: 70-80 yaş 19 saniyədən az: 80-90 yaş arası Göz bəbəyi İnsan yaşlandıqca göz bəbəyi kiçilir. Ancaq işıq da göz bəbəyini kiçildə bilər. Ona görə də bu testi çox işıqlı mühitdə etmək olmaz. Gözbəbəyiniz 4 mm-dirsə, bioloji yaşınız 30; 2 mm-dirsə, 60-dır.