Dərdini mənə danış

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 4 455
Səs ver:
(səs: 0)
Dərdini suya danışma,
Axıb çöllər boyunca
Dərdli çiçəklər bitirər.
Dərdini quyuya danışma
Bənd-bənd kəsilmiş
Tütəklər bitirər.
Dərdini mənə danış,
Dərd qədrini, dərdli bilər...
Dərdini ulduzlara demə,
Onlara bəsdi.
Dərdini mənə de,
Ürəyim dərdlərə qəfəsdi.
Orda heç kəsin görmədiyi
Dərd şəklində sərgi var.
Dərdin mənə ərki var.
Yayda soyuq baxışlardan üşüyən,
Qışda yalançı sevgilərdən tikilən,
Iynəbatmaz kürküm var.
Dərdini mənə danış
Dərdbilməzə söyləmə.
Sənə təzə dərd doğar
Dolu dəryaya yağar.
Dərdin o üzə güləni pisdi
Dərdin qəfil gələni pisdi
Kim dərdini suya danışır?
Dərdini mənə danış
Özüm dərdə sarı gəlirəm.
Nazim Hıkmət demişkən :
"Adam var otların çeşidini bilir,
adam var quşların,
Mən dərdlərin çeşidini bilirəm."
Dərdini mənə danış
Dərd qədrini dərdli bilər.


MÜƏLLIF - NÜSRƏT KƏSƏMƏNLI
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 455
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri