Məhəbbət

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 948
Səs ver:
(səs: 1)
Ən ülvi, təmiz duyğudur insana məhəbbət,
Ömrün yoluna nur səpir hər anda məhəbbət.

Dünya da məhəbbətlə dönür, fırlanır ancaq,
Məhvər də məhəbbətdi, gülüm, şan da məhəbbət.

Min yol de ki "sev, sevgidir insanı ucaldan"
Yox faidəsi, yoxsa əgər canda məhəbbət.

Həm zövqüdür, həm qövrüdür ömrün, həyatın.
Insanı ucaldan da, qocaldan da məhəbbət.

Dünyani gözəlləşdirir öz cilvələriylə,
Xoşdur duyan insana, xəyaldan da məhəbbət.

Mən Bəxtiyar oldum o zamandan ki, sevildim,
Min can yaşadır əzmlə bir canda məhəbbət!

Müəllif - B. Vahabzadə
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri