Sən bir vəfasız çiçək

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 395
Səs ver:
(səs: 0)
Sən bir vəfasız çiçək
Mən bir gül əzabkeşi.
Sən kəpənək oynaşı,
Mənimki hicran işi.

Sən bir əlçim ağ duman,
Küləklərdə daranmış.
Mən bir payız durnası,
Yol azıb yaralanmış.

Sən şehotu yarpağı,
İnci şehin nə yaxşı!
Mən bir kirpiyi yanmış
Üstündə hicran yaşı.

Sən qızılağac budağı,
Arxda çimib əylənən.
Mən bir səhra qurusu
Yanğılanıb söylənən.

Sən bir sarmaşıq bağı,
Hər ağaca sarmaşan.
Mən yarğanda kök atıb
Daş qayaya sarmaşan.

Sən bir bulaq yarpızı,
Güzgülənib tellənən
Mən bir ocaq daşıyam
Üstü yanıb küllənən.

Bizimki tutmaz,gözüm,
Bizimki tutmaz,canım.
Mən məhəbbət yorğunu,
Sən ədalı bir xanım.

-Musa Yaqub.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri