Sənə qarşı ürəyə sığmaz məhəbbətim var.

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 165
Səs ver:
(səs: 2)
Sənə qarşı ürəyə sığmaz məhəbbətim var

Eşq nədi bilməz idim,səni görmüyüncə mən
Sənə yaman vuruldum,ilk baxışdan o gündən,
Birçə kəlmə hə denən diləyimdi tək səndən,
Desəm sənə nə qədər qurtarmaz sözlərim var,
Sənə qarşı ürəyə sığmaz məhəbbətim var...

Danışdığın hər sözün gülüm şəkərdi baldı,
O,göəl göz qaşların məni kəməndə saldı,
Özümdən xəbərsiz pünhan yandırdı yaxsdı,
Bu yanğına dözməyə Sönməztək ləqəbim var,
Sənə qarşı ürəyə sığmaz məhəbbətim var...

Məcnun yalan olubdu,daha mənim yanımda,
Gecə-gündüz gəzirsən fikrimdə xəyalımda
Gülüm qəmgin oluram,səndən ayrı qalanda,
Bu ayrılığa dözən başı qarlı dağım var,
Sənə qarşı ürəyə sığmaz məhəbbətim var...

Neyləyim ki,günahkar gülüm sənin özünsən ,
Xəstəyəm bu dərdimin,əlacı təbibisən,
Cismımdə canımdasan,cırpınan qəlbimdəsən ,
Fikirləş gör nə qədər sənə ehtiyacım var,
Sənə qarşı ürəyə sığmaz məhəbbətim var.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 165
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri