Kədərimi ipə-sapa düzürəm

Şərhlər: 5
Baxılıb: 1 478
Səs ver:
(səs: 1)
Mən satıram sevdiyimsə naz almır,
Hay çəkirəm dərdim, qəmim azalmır,
Neynirəmsə qış ömrümü yaz almır,
Dərdlərimlə dolanıram, gəzirəm.

Min insanın arasından seçibdi,
Dünya sanki dərdi mənə biçibdi,
Gözlədiyim saat çoxdan keçibdi,
Ümidləri ayaq altda əzirəm.

Qəlbim sındı bircə kəlmə sözüylə,
Həyat mənə baxdı yaman gözüylə,
Sevincimi aparıbdı özüylə,
Kədərimi ipə-sapa düzürəm.

Əfsanə Rəvan
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri