Unutmuşam

Şərhlər: 5
Baxılıb: 1 542
Səs ver:
(səs: 0)
Səni çoxdan unutmuşam,
Daha adın tanış deyil,
Xəyalına qucaq açan,
Baxışım o baxış deyil.
Unutmuşam o qapqara,
Gözlərinin rəngini də.
Gözləmirəm səhər -axşam,
Həyat dolu zəngini də.
Heç yadıma düşmür,inan,
Yanağının batmağı da.
Ürəyinin nəğmə kimi ,
Həzin - həzin atmağı da.
Göz yaşımla yuyub sərdim,
Adın keçən hər varağı.
Yadımdan da çıxıb artıq,
Onun nə vaxt qurumağı.
"Gözəl gözlüm" deməyin də,
Sədalanmır qulağımda.
Varlığına qaçmaq üçün,
Həvəs də yox ayağımda.
O küçələr, o döngələr,
Daha səndən bəhs eləmir.
Həsrətin də rəhmə gəlib,
Bağrım üstə od ələmir.
Saçlarınla oynamağın,
Yadımda nə qalsın axı?
Tərgidib ürəyim daha,
Sənin üçün darıxmağı.
Səni çoxdan unutmuşam,
Damcı - damcı gözyaşımda.
Səni çoxdan unutmuşam,
Səndən iz yox yaddaşımda.

Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri