Dünyanın yetimliyinə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1473
Səs ver:
(səs: 0)
İçində çaxnaşma, başında min dərd,
Gedərsən, gedərsən fikirli halda.
Yadına düşdükcə bütün olanlar,
Azarsan çıxdığın həmənki yolda.

Çıxarsan, çıxarsan, dünyaya baxıb,
Görərsən bilinmir başı, ayağı.
Deyərsən bu boyda dünyanın belə,
Görəsən hardadır axı, dayağı.

Başının üstündə dayanan bulud,
Ayağın altında neçə yatan var.
Sevimli dünyanı yaşamaq üçün,
Özünü alova, oda atan var.

İçinə dərd olar, bu qoca dünya,
Könlün sızıldayar gedimliyinə.
Bir yandan ürəyin özünə yanar,
Bir yandan dünyanın yetimliyinə.

Səfail Aqiloğlu
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri