Ömürlük

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 760
Səs ver:
(səs: 0)
Gəldim qapınıza, gəldim, dayandım,
Böyük ürək idi, qarşına çıxmaq.
Bir hikkə, bir acıq var idi səndə,
Cəsarət istərdi üzünə baxmaq.

İçimdə çəkirdim bütün əzabı,
Çölümdə bir dənə xəsarətim yox.
Mən səni qarşımda görüb, anladım,
Sənə söz deyəcək cəsarətim yox.

Sən o gün əl açıb kaş yerə, göyə,
Tanrıdan ömrümə ah diləyərdin.
Nə dindin, danışdın, nə də ki, nəysə..
Kaş məni əzərdin, su eləyərdin.

Bu da bir yaşanmış xatirə oldu,
Bunu da qəlbimə gömdüm ömürlük.
Sənədək xəyalı göydə gəzirdim,
Mən o gün özümə döndüm ömürlük.

Səfail Aqiloğlu
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri