Darıxırsan

Şərhlər: 3
Baxılıb: 1 819
Səs ver:
(səs: 0)
Əsən külək də gətirmir,.
Nə ətrini,nə özünü.
Yağan yağış da aparmır,
Ürəyimdən,bax,izini.
Xəyalında bir gül üzüb,
Saçıma bəlkə taxırsan.
Bilirəm sən də mənim tək,
Darıxırsan,darıxırsan.
Qorxuduram uzaqları,
Qoy çəkilsin aramızdan.
Qovuşaq biz, zaman öpsün,
Hicran açan yaramızdan.
Mənim gözlərim yolunda,
Yolunsa gözləri səndə.
Nə gəlirsən,nə çıxırsan,
Bilirəm sən də mənim tək,
Darıxırsan, darıxırsan.
Ay yorulub,gecə küsgün,
Günəş yatıb,gündüz olmur.
Heç nə getmir doğru -düzgün,
Mən demişdim , sənsiz olmur.
Ayı batmış, Günü yatmış,
Viran olmuş o səmada,
Sən də oldun dəli şimşək,
Elə həsrətlə çaxırsan...
Bilirəm ,sən də mənim tək,
Gecə - gündüz darıxırsan.
Darıxırsan, darıxırsan.

ZƏHRA ƏKRƏM (2019.01.16)
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri