Heyif

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 547
Səs ver:
(səs: 1)
Qurumun oduna alışır yaşım,
Ömrün dolayında qalmışam naşı.
Elə daşdan-daşa dəyibdir başım
Çıxır xatirələr yadımdan, heyif.

Gedirəm duyğusuz nadan badına,
Bizim sevgimizin adı, dadı nə?
Sevənlər qızındı mənim oduma
Od ala bilmədin odumdan, heyif.

Başıma bəlasan, qaça bilmədim,
Qırdın qanadımı, uça bilmədim,
Sirli bir boxçasan, aça bilmədim,
Baş aça bilmədim kodundan, heyif.

Eşqinin yolunda bitib qarıdım,
Uçan durnalardan sorub aradım.
Yarıyan yarıdı, mən yarımadım-
Dostun doğmasından, yadından heyif.

Gözümdə ömürlük muradım qalıb,
Yanmışam, kül altda qor, odum qalıb.
Üstündə quruca bir adım qalıb-
Heyf, üstündəki adımdan heyif.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 547
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri