Elə ürəyində gizli sev məni

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 8892
Səs ver:
(səs: 2)
Danışma sevgidən, danışma eşqdən,
Söz salma vurulan dəli aşiqdən.
Mən ki istəmədim məni sevməni,
Elə ürəyində gizli sev məni.

Hərdən oğrun-oğrun baxışlarınla,
Kipriyə düzülmüş göz yaşlarınla,
Axan damla ilə savaşlarınla,
Elə ürəyində gizli sev məni.

Bu sevgi yandırar səni köz eylər,
Heç kimə söyləmə, bilən söz eylər,
Eyhamlı eyhamlı baxar, göz eylər,
Elə ürəyində gizli sev məni.

Gözlərin hər yerdə arayar məni,
Dəli aşiq olan anlayar səni,
Yığılar el gələr, qınayar məni,
Elə ürəyində gizli sev məni.

Nə səni anlarlar, nə də ki məni,
Çiskini sevməzlər, nə də ki çəni,
Secib yalnızlığı bir də ki qəmi
Elə ürəyində gizli sev məni.

Gəl əl çək sevdandan, bu inadından,
Demirəm gəl unut, çıxart yadından,
Bacarsan uzaqdan bir dost adından
Elə ürəyində gizli sev məni.

Şəhla Qəmgin
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 8892
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri