Sevən baxışlarım şeir deyilmi?...

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 11 834
Səs ver:
(səs: 2)
Məndən sənə aid şeir istədin...
Mənim məhəbbətim şeir deyilmi?...
"Mən səni sevirəm" sözün demədim
Sevən baxışlarım şeir deyilmi?...

Ay məni özünə həsrətli qoyan,
Nisgili qəlbimə axıb damlayan,
Səndən ilham alan, səndən kam alan
Gizli arzularım şeir deyilmi?...

Doyunca qoxlayıb iyin almadım.
Mən sənə vuruldum, bunu danmadım.
Qismətim sənsizlik olar sanmadım
Sənli xəyallarım şeir deyilmi?...

Səndən şikayətim, səndən gileyim,
Yuxuna hər gecə gizli gəlməyim,
Səni yuxularda gəlib sevməyim,
Opən dodaqlarım şeir deyilmi?...

Sevgimi qəlbimdə qərib qoyanım,
Sənin həsrətinə necə dayanım?
Hicrində nə qədər alışım, yanım?
Bəs bu əzablarım şeir deyilmi?...

Ayrılıq araya düşəndən bəri,
Gülüş dodağımdan küsəndən bəri,
Ümiddən əlimi üzəndən bəri,
Axan göz yaşlarım şeir deyilmi?...

Həsrəti ömrümə yazdığın gündən
Küsmüşəm elə bil elə sözümdən.
Nə deyim, ne qoşum səndən, özümdən?
Susan kəlamlarım şeir deyilmi?...
Sevən baxışlarım şeir deyilmi?...

Şəhla Qəmgin
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 11 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri