Yaz, qələmim, yaz (şeir)

Müəllif: my_angel
Şərhlər: 10
Baxılıb: 6 533
Səs ver:
(səs: 3)
Yaz,qələmim,yaz

Ömür bir fürsətdi verilib sənə,
Ömürdən, fürsətdən yaz qələmim, yaz.
Yaradan dünyanı cənnət yaradıb,
Sehrli cənnətdən yaz qələmim, yaz.

Çağır ilhamını, çağır təbini,
Həm elmini göstər, həm ədəbini.
Dəryalardan götür mürəkkəbini,
Tükənməz hikmətdən yaz qələmim, yaz.

Heç vaxt yaxşılığı çıxarma yaddan,
Dadlı meyvələrin düşməsin daddan.
Sən ki, çox çıxmısan alovdan, oddan,
Taledən, qismətdən yaz qələmim, yaz.

Odu olmayanın oduna yanma,
Haqqı olanların haqqını danma.
Yaxşılıq etməyi qızırqalanma,
Bu ali qüdrətdən yaz qələmim, yaz.

Dağ qalır, daş qalır, təbiət qalır,
İnsana əbədi məhəbbət qalır.
Çox şey unudulur, həqiqət qalır.
Əsl həqiqətdən yaz qələmim, yaz.

Açılan çiçəkdi, qonan arıdı,
Yönü Aya sarı, günə sarıdı.
Şeir şairlərin könül varıdı,
Bu naz-nemətdən yaz qələmim, yaz.

Zəlimxan Yaqub
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 6 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri