Bu dünya

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 6 979
Səs ver:
(səs: 2)
Düşündükcə düşünürsən, dərd bəladı bu dünya.
Zəhər dolu brilyantdan piyalədi bu dünya.
Gah ağladar, gah güldürər, çəkər səni səmtinə,
Ətəyindən əl üzülməz, bir baladı bu dünya.

Ağla – dedi ağlayacan, gülmə – dedi gülməzsən,
Cəfa çəkib, can çürütsən ürəyini bilməzsən.
Cəhd eləmə yazıq canım, yox, bir rəngdə görməzsən,
Ağ, qırmızı, narıncı, göy; çox aladı bu dünya.

Gah qaldırar, gah endirər, toxuyar daşdan-daşa,
Yaratmağı, yaşatmağı bir sirdi başdan-başa.
Bəzən çulu cırıq olur, bəzən girir qumaşa,
Hər kim desə ağ yalandı, kəmaladı bu dünya.

Ay Şiruyə, arifləri çağır baxsın hesaba,
Kəlmələrin həqiqətsə, köçürsünlər kitaba.
Qələminə arxalanma, səni salar girdaba,
Görərsən ki, dərddə, qəmdə çavaladı bu dünya.

Müəllif: Sərraf Şiruyə
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri