Əli (ə) adı möhürdür ədalətə əbədi... - ŞEİR

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 3 817
Səs ver:
(səs: 2)
Bu dünyanı gəlişiylə nura qərq edən insan,

Bir gün namərd bir qəlbin qurbanına çevrildi.

Məqamıyla hər kəsdən ali və üstün olan

Möminlərin mövlası Əli (ə) şəhid edildi!



Mübarək qanı axdı o mehrab şəhidinin,

O qan ki, yerin-göyün yaranma səbəbiydi.

Əliyə(ə) dəyən qılınc saysız bəni-Adəmi

Öldürməyi bacaran ən ağır zəhər idi!



Həmən qılınc öldürmədi bütün bəni-Adəmi,

Amma ki, yetim qoydu bütün bəşəriyyəti!

Tanısaydı Əlinin həqiqi məqamını

Heç vaxt edə bilməzdi bu çirkin cinayəti!



Əli (ə) qana boyandı, elə o vaxtdan bəri

Dünyanın bir sütünu çatladı öz yerindən

Əlini (ə) şəhid edən o zalımın əlləri

Daha qanlıdır məncə, hər qatilin əlindən!



Əliyə (ə) necə qıydı, necə tökdü qanını,

Necə qılıncı çəkdi, necə ürəyi gəldi?!

Ömründə incitməyən kiçik bir qarışqanı

Ən vəhşi bir qatilin qurbanlna çevrildi!



Məqam üçünmü etdi, ya dünya malı üçün

Hər nədirsə, ən zəlil bil əmələ qol çəkdi

Əli (ə) qatili olmaq dünyada insan üçün

Ən rəzil bir peşədir, ən aşağı sifətdır!



Əli (ə) – bəşəriyyətin həmişə nümunəsi,

Bütün zamanlar üçün ən ali bir üzüdür.

Əli (ə) – haqqın əbədi, heç susmayan gur səsi,

Ədalətin, düzlüyün, mərifətin özüdür!



Əlisiz (ə) bir dünya – atasız bir uşaqdır

Əlisiz (ə) zamanın keçməyi nəyə lazım?!

Əlinin (ə) əzəməti, dağlardan da ucadır

Vəsf etməyə acizdir, yetərsizdir hər sözüm!



Sən Əlisən, Əlisən! Adın bəsdir vəsfinə

Sənin tərifnaməni bircə adın bəzədi.

Bir Əli (ə) desəm, yetər səni tərif etməyə

Əli (ə) adı möhürdür ədalətə əbədi...

Xəyalə Quliyeva
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri