Ata Həsrəti:(

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 229
Səs ver:
(səs: 0)
Ata, yoxluğuna necə tablaşım,
Sənsiz qurumayıb hələ göz yaşım.
Keçir dərd içində baharım-qışım,
Heç vaxt qınamasın qoy, nadan məni -
Ata həsrətidir, sızladan məni!

Elə bil fırlanır başıma dünya,
Dönüb qar-sazaqlı qışıma dünya.
Ta gəlmir nədənsə xoşuma dünya,
Sıxır için-için ürək-can məni -
Ata həsrətidir, sızladan məni!

Kaş, atam dirilib geriyə dönə,
Sığınam Tanrının böyüklüyünə...
Dikmişəm gözümü hər gələn günə,
Nə eşq ovundurur, nə ad-san məni -
Ata həsrətidir, sızladan məni!

Sanki suya həsrət bomboş səhrayam,
İşığı qeyb olan ulduzam, ayam.
Heyim qalmayıb ki, günləri sayam,
Qoparıb kökümdən bir tufan məni -
Ata həsrətidir, sızladan məni!

Dikəldə bilməyir Seymur qəddimi,
Tapdamaq çətinmiş dərdin rəddini...
Dinmədim, qəm-kədər aşdı həddini,
Tutub elə bil ki, nahaqq qan məni -
Ata həsrətidir sızladan məni!

08.02.2022
SEYMUR SÖNMƏZ PAŞAYEV
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 229
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri