Adını qəlbimdən silərdim gərək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 826
Səs ver:
(səs: 2)
Əsdi ayrılığın soyuq yelləri,
Soldu bağçamızın əlvan gülləri,
Sənlə keçirdiyim uzun illəri,
Özgə birisiylə bölərdim gərək.
Adını qəlbimdən silərdim gərək.

Üşüyürəm, tir-tir əsir bədənim,
Mən necə danışım, mən necə dinim?
Sən qəfil gəlmişdin ömrümə mənim,
Qəfil gedəcəksən bilərdim gərək,
Adını qəlbimdən silərdim gərək.

Sənsiz ötüb keçdi ömrümdən bu il,
Nə qədər olar bu, hərgün öl, diril,
Axan göz yaşımı yerlərə deyil,
Yanan ürəyimə çilərdim gərək,
Adını qəlbimdən silərdim gərək.

Sevgi dəryasında endim dərinə,
Könlümü vermişəm nadan birinə,
Tanrıdan bu qədər sevgi yerinə,
Bir azca sədaqət dilərdim gərək,
Adını qəlbimdən silərdim gərək.

De, hansı dərdimi söyləsin bu dil,
İlahi, bu eşqi sətir-sətir sil,
Sənin ürəyini sevgimlə deyil,
Kövrək buludlarla bələrdim gərək,
Adını qəlbimdən silərdim gərək.

Bilməzdim bu dünya bu qədər darmış,
İnsanı dik tutan namusmuş, armış,
Ay Xəlil, gör nələr qismətdə varmış,
Bunu görməkdənsə ölərdin gərək,
Adını qəlbimdən silərdim gərək...
 
Müəllif: Xəlil Adıgözəl
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri