Sənə ehtiyacım var..

Müəllif: Narminovski
Şərhlər: 7
Baxılıb: 5 095
Səs ver:
(səs: 2)
Sən axı kimsən? Həkim deyilsən, təbib
deyilsən, amma, hər dərdimin dərmanı
səndədir. Əlacım sənsən... Sən axı kimsən?
Zalım, qəddar, insafsız biri deyilsən, amma, hər
gün məni ağladırsan, hər gün əzab verirsən
sənsiz varlığıma... Sən axı kimsən? Qohumum,
dostum, heç tanışım da deyilsən, amma, mənə
məndən yaxınsan. Varlığımda mənliyimsən...
Sən axı kimsən? Xəyal deyilsən, həqiqətsən,
varsan, amma, yoxsan həyatımda, hər zaman
xəyalımdasan.Sa dəcə səni xəyal edə bilirəm...
Sən axı kimsən? Nəfəs deyilsən, amma, nəfəs
qədər önəmlisən, nəfəskimi yaşadırsan məni.
Sən olmasan mən də olmaram... Sən axı
kimsən? Əcəl deyilsən, amma, ölümüm sənin
əlindədir. İstədiyin an məhv edirsən
dasan,ayrılmırs an məndən... Sən axı kimsən?
Söz deyilsən, cümlə deyilsən, amma, hər
sözüm sənsən, hər cümləm səndən ibarətdi...
Sən axı kimsən? Külək deyilsən, günəş
deyilsən, səma deyilsən, amma, çata bilmirəm,
toxuna bilmirəm sənə. Hər zaman
əlçatmazsan, hər zaman uzaqsan... Sən axı
kimsən? Bağışla, bilmədim kimimsən... Amma,
hər kimsənsə sənə elə EHTİYACIM VAR...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 095
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri