Sən getdin, dərdini götürüb getdin, Mənimçün bir ürək ağrısı qoydun. Gündüz ötüşürəm gecələr üçün, Qəlbimdə tənhalıq yanğısı qoydun.
Sən getdin, zənn etmə arxayın oldum.
Təlatüm gətirir təkliyim mənə.
Ah-naləm ucalır asimanlara,
Görən haraylarım yetirmi sənə?
Nə edək, taledən kim qaça bilib?
Kimini güldürür, kimi ağladır.
Tənhalıq üzündən ölə bilərəm,
Tez qayıt, əzizim, gözüm yoldadır.