Gül sənin nəyinə gərəkdir gülüm?
Şairin sözünə yalandır demə.
Gül sənin nəyinə gərəkdir,gülüm?
Öpən dodağı yox, oxşayan əli.
Gəl, gül də, çiçək də özümüz olaq,
Sən biraz ağıllı ,mən biraz dəli.
Gül sənin nəyinə gərəkdir,gülüm?
Sənin gülün mənəm,çiçəyin mənəm.
Güllü nağıllara getməsin ağlın,
Sənin həqiqətin,gerçəyin mənəm.
Gül sənin nəyinə gərəkdir,gülüm?
Hüsnün,gözəlliyin dünyada təkdi.
Əgər sən varsansa bu yer üzündə,
Dünya başdan-başa güldü çiçəkdi.
Gül sənin nəyinə gərəkdir,gülüm?
Qoxla nəfəsimi,çiçəyə döndər.
Şairin sözünə yalandır demə,
Bütün yalannarı gerçəyə döndər.