Ölüm səni gözləyirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 7 683
Səs ver:
(səs: 3)
Hər səhər yuxudan erkən oyanıb,
Təqvimdəki günlərimi sayıram.
Bütün arzularım donub, dayanıb,
Ölüm, səni gözləyirəm nə vaxtdır.

*****

Bilirəm bir səhər qəfil gələcək,
Məni bu dünyadan aparacaqsan.
Bütün can dostlarım səndən küsəcək,
Ölüm, səni gözləyirəm nə vaxtdır!

*****

Əslində qorxmuram səndən, bunu bil,
Çünki, bu dünyada saf yaşamışam.
Çox uzatma bu oyunu, tez bitir,
Ölüm, səni gözləyirəm nə vaxtdır!

*****

Gah gecə yuxumu zəhərə qatıb,
Gah da ürəyimə ağrı verirsən.
Kişi ol, gələndə kişi kimi gəl,
Ölüm, səni gözləyirəm nə vaxtdır!

*****

Onsuz da qanımı zəhərləyibsən,
Canımı da günü-gündən alırsan.
Deyirsən gələcəm, səs-küy salırsan,
Ölüm, səni gözləyirəm nə vaxtdır!

*****

İndi də gəlmisən, ürəyimdəsən,
Kimsəyə demirəm, sən də heç demə.
Qalsın aramızda sirr tək, biləsən,
Ölüm, səni gözləyirəm nə vaxtdır!

*****

Gəl, mənə möhlət ver, hələ arzum var,
Məni sevənlər var, can dostlarım var.
Gələndə sakit gəl, kimsə duymasın,
Onsuz da ruhum hələ oyaqdır,
Ölüm, səni gözləyirəm nə vaxtdır!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 7 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri