Ata-ana sevgisindən məhrum uşaqlara həsr edirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 139
Səs ver:
(səs: 11)
Yorulmuşam yollarına baxmaqdan,
Gözlərimə nur gətir atam, gəl.
Hər tərəf zülmətdi, qaranlıqdı,
Həyatıma işıq gətir, anam gəl.
 
Geyinib-keçinən gördüm bütün uşaqları,
Mənə təzə libas alda, atam gəl.
Eşitmişəm ana səsi şirin olur,
Bir xatirəlik səs gətir, anam gəl.
 
Deyirlər ki, ad günündə hədiyyə alırlar,
Əliboş, gülər üzlə qapıdan gir, atam gəl.
Mən səninlə yola çıxmaq istəyirəm,
Tut əlimdən dərsə apar, anam gəl.
 
Gözlərimi hər yumub açanda səni,
Səni görmək istəyirəm atam gəl.
Şirin-şirin yuxulara həsrətəm,
Həzin səslə layla oxu, anam gəl.
 
Dost-tanış uzaqlaşır dar günümdə,
Mənim arxam, dayağım atam gəl.
Hamı gedir, mən həyətdə tək qalıram,
Məni evə səsləyəcək gülərüzlü anam gəl.
 
Qapılara baxmaqdan yorulmuşam,
Bu həsrətə son qoyan atam gəl.
Yad-biganələr soruşmurlar necəyəm,
Halıma ürəkdən yanan, anam gəl.
 
Sözlərimi ürəyimdə, soruşacaq kimsə yox.
Suallarıma cavab tapan atam, gəl.
Xəstəyəm,hamı burda,sən yoxsan,
Hər sözümə qurban deyən,anam gəl.
 
Şeirin müəllifi: Nizami Əliyev (Həyat yoldaşım)
(səs: 11)
Şərhlər: 8
Baxılıb: 5 139
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri