Sevmək həvəsində deyiləm daha

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 2 679
Səs ver:
(səs: 3)
Dahada çoxalır,böyüyür dərdim
Özləmək azalmır,nə də bitməyir
Məndən ixtiyarsız darıxır qəlbim
Daha şəkillərdə kömək etməyir

Mən bilən ən gözəl səs idi o səs
Amma unutmuşam o gözəl səsi
Daha xəyallarda görürəm, Heyf,
Bir zaman yanımda gördüyüm kəsi

Qoy daşsın dənizlər,fırtına qopsun
Artıq yaşamağı tutmuram baha
Sadəcə ürəyim rahatlıq tapsın
Sevmək həvəsində deyiləm daha

O qədər səbəb var,hər biri zülüm
Hər gəlib gedənə günahkar dedik
Daha unutmuşam son dəfə gülüm
Biz hansı səbəbdən ayrılmış idik..
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 679
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri