Yalançı dostlarım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3125
Səs ver:
(səs: 4)
İnandım sizlərə, qəlbimi verdim,
Doğru axtarırdım, min yalan gördüm.
Sizə arxalandım çoxaldı dərdim,
Yalançı dostlarım nə deyim sizə?!

Şam kimi yandınız, pərvanə oldum,
Qış tək soyudunuz,gül kimi soldum..
Sizi dərdli görüb divanə oldum,
Yalançı dostlarım nə deyim sizə?!

Güdaza nə qədər mərdi verdiniz,
Sevinc istəyirdim, dərdi verdiniz.
Mənə dərd çəkilmiş sərgi verdiniz,
Yalançı dostlarım, nə deyim sizə?!

Mələk görkəmində nadan oldunuz,
Qadan alım dedim,qadam oldunuz.
Mən elə bilirdim adam oldunuz,
Yalançı dostlarım, nə deyim sizə?!

Bir meyvə vermədi bar ağacınız,
Yağdırdı üstümə qar ağacınız.
Mənimçün hazırmış dar ağacınız,
Yalançı dostlarım nə deyim sizə?!

Nüsrət Kəsəmənli
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri