Zəng elə…

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 519
Səs ver:
(səs: 1)
Zəng elə, danış bir, necəsən söylə,
Həsrətin qəlbimi dağladı məni.
İstədim zəng edib səsini duyum,
Qururum qolumu bağladı mənim.

Yüz dəfə nömrəni ekrana yazdım,
Bir dəfə düyməyə basa bilmedim.
Səsini telefona yazmışdım o gün,
Silinmişdi, qulaq asa bilmədim.

Bircə an səsini duysaydım bəlkə,
İsidərdi məni ilıq nəfəsin.
Bilsəydim yolumu ayrılıq kəsib,
Gözün çıxarardım acı həsrətin.

Bəlkə zəng eləyib ararsan deyə,
Telefonu əlimdən yerə qoymuram.
Elə tənhayam ki, bu gecə sənsiz,
Dilsiz telefondan kömək umuram.

Zəng elə zəng elə, zəng elə mənə,
Mən belə həsrətə dözməyəcəyəm.
Gözlədiyim bir zəng, özlədiyim sən,
Səndən ümidimi üzməyəcəyəm.

Harda gecələdin, kimlərə uydun,
Sən özgə yuvada qala bilməzdin.
Gecə də yubanıb açılmır sabah,
Sən belə biganə ola bilməzdin.

Başımda dolanır min cür fikirlər,
Harda olduğunu bilə bilsəydim.
Özüm də özümə yadam bu gecə,
Şübhəni qəlbimdən silə bilsəydim.
 
Xuraman Vəfa
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri