Zalım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 375
Səs ver:
(səs: 1)
A zalım, heç məni düşünmədinmi, 
Üstümü kim örtər, kim baxar deyə.
Gecələr yorğana bürünmüş halda 
Pəncərə önündə darıxar deyə… 

"Nə yedim, nə içdim, mən necə oldum",
Bəlkə də bu haqda fikirləşmədin.
Çətin ki sən məni başa düşəsən, 
O vaxt da heç məni başa düşmədin… 

Necə də sakitsən, necə də səssiz, 
Elə bil heç bir şey olmamış kimi.
Elə tək qalmışam bu dörd-divarda, 
Heç vaxtı belə tək qalmamış kimi… 

Çölə-bayıra da çıxa bilmirəm, 
Küçələr, səkilər gəlir üstümə.
Bir gün eşitsən ki, dəli olmuşam, 
Səni sevdiyimi demə heç kimə…
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 375
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri