Ayrılıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 887
Səs ver:
(səs: 1)
Xəzan gəldi, köçüb getdi ilk bahar,
Bilməm hara uçub getdi durnalar.
Mən bilməzdim bu dünyada həsrət var,
Səndən qalan xatirədir ayrılıq...
 
Səni sevdim, düşdüm neçə dərdə mən,
Mən bilmirəm dözüm necə dərdə mən.
Tək qalmışıq - bir ayrılıq, bir də mən,
Səndən qalan xatirədir ayrılıq...
 
Yollarına baxa-baxa gözlədim,
Bu dünyada yalnız səni səslədim.
Ömrüm boyu gözüm üstə bəslədim,
Səndən qalan xatirədir ayrılıq...
 
Hardan gəlib, hara gedir ayrılıq,
Ürəkləri viran edir ayrılıq.
Mən bilməzdim - axı nədir ayrılıq,
Səndən qalan xatirədir ayrılıq...

Bəlkə bir də yaz olacaq - bilmirəm,
Bir ayrılıq az olacaq - bilmirəm.
Məndən sənə nə qalacaq - bilmirəm,
Səndən qalan xatirədir ayrılıq...
 
Baba Vəziroğlu
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri