Çalış sev məni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 282
Səs ver:
(səs: 1)
Çalış sev məni..
Mən səni sevirəm dəlilər kimi,
Söylə incidərmi insan sevəni,
Əvvəllər görərdim səni dost kimi,
İndi bacarmıram anla dərdimi 
 
Çalış sev məni..
Gəldin sən keçən il bizim məktəbə,
Səni sevmək düşdü modaya,dəbə
Yox dedin hamıya,elədin hədə
Gəl mənə yox demə anla sevəni
 
Çaliş sev məni..
Heç kim görməmişdi sən tək gözəli,
Oldun bircə ilə məktəb gözəli
Özün şirin,dilin ilan zəhəri,
Gəl sancma qəlbimi yoxdu məlhəmi,
 
Çalış sev məni..
Əvvəllər saçını çəkib gedərdim,
Sən mənim arxamca qarğış edərdin
Uşaqlar sevirsən onu deyərdi,
Məndə utanardım inkar edərdim
İndi utanmıram SEVİRƏM SƏNİ
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 282
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri