Oyunların sonuna udan, uduzan dedilər,
Yazdığımız sətrlərə güldülər, asan dedilər
İllərcə baş kəsib, qan içib doymayan bəşəriyyət
Allahu Akber deyib oxunsun azan dedilər
Öz əsərlərində yaşayanlar ölmür, yazıb dahilər
Unudulduğumuz yerlərə fexri xiyaban dedilər
Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər
Boğulan insan görüb qoy ölsün nadan dedilər
Başsız qadının fəryadı göylərə sovrulanda
Bəşəriyyətdə belədi qanun buyurub Quran dedilər
İsanları niyə bədbəxt elədiz, soruşanda
Bizlərdə nə şərəf var nə də vicdan dedilər!
Küçədə kasıbın axırı, əzabı gözə görünməz
Sökülən daxma yerinə tikilir fantan dedilər
Dedilər şəhidlər ölməz, guya ki, vətən bölünməz
Satılan torpaqların şərəfinə şampan dedilər!
Müharibə davam etsə, tökülər qan dedilər
Bizə vacib həyatda pul bir də can dedilər
Bəs vətən, şəhidlər, itirilən torpaqlar??
Bilmirik nə qədər itirib Azərbaycan dedilər!
Mətnimlə yaşadan sətrimə dərman dedilər
Sinəmə orden taxıb, qətlimə fərman dedilər
Qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm,
Sən hür, yavaş-yavaş gedir karvan dedilər
Anaların tapdalanmış haqqları unuduldu
Xaşxana fahişələrinə şöhrət ilə şan dedilər
Şuşada xarı bülbül solub quruduldu
Günahkar biz deyilik, rus və koçaryan dedilər
Benzin bahalaşmasaydı özümüzü yandırardıq
Benzin nəyinə gərəkdi, elə-belə yan dedilər
Biz qansaydıq, hamını qandırardıq
Niyə bizə nökər, özlərinə xan dedilər?!
Batdıqca batırıq günah ümmanında
Ölün batın qalın, lütüryan dedilər
Okaberəm, yığışdıq canavar ünvanında
Nədi canavar?! hansı ünvan dedilər!
Müharibə davam etsə, tökülər qan dedilər
Bizə vacib həyatda pul bir də can dedilər
Bəs vətən, şəhidlər, itirilən torpaqlar??
Bilmirik nə qədər itirib Azərbaycan dedilər!
-Bir söz de mənə Nəsimi, vesf elə məni şair.
– Vəsf zamanı deyil Afət.
+ Ölümə gedirsən, yalvarıram..
– Səni bu hüsnü camal ilə, kamal ilə görüb.Qorxdular
Həqq deməyə, döndülər insan dedilər!