Bir qədəh sənsizlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 059
Səs ver:
(səs: 2)
Bir qədəh sənsizlik doldur, sevgilim
Xoşbəxt olaq deyə əzab ver mənə!
Bir az sənsizliyi daddır, sevgilim,
Sənli acılardan qurtulum deyə!

Bir qədəh sənsizlik doldur, sevgilim
Səninlə nə zaman gülə bildik ki?
Sanma bu göz yaşı sondur, sevgilim,
Nə zaman biz ayrı dözə bildik ki?

Bir qədəh sənsizlik doldur, sevgilim
Cismini uzaq et göz bəbəyimdən.
Varlığın ki, mənə yaddır, sevgilim,
Mən səni yaratdım fikirlərimdən!

Bir qədəh sənsizlik doldur, sevgilim
Düşün ki, xoşbəxtəm xəyallarımla!
Tənhalıq elə bir yoldur, sevgilim,
Ürəyim dost oldu acılarımla.

Bir qədəh sənsizlik doldur, sevgilim,
Bəlkə də həsrətin tərk etməz məni!
Gedişin bir deyil, ondur sevgilim,
Bu son gedişin də incitməz məni...!
Bir qədəh sənsizlik doldur, sevgilim...

Müəllif: İslam Qədirl
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri