Sevsin məni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 614
Səs ver:
(səs: 1)
Sənin xəyalındır qoymayır yatım
Düşmüsən yadıma yenə bu gecə
Sən məni tək-tənha qoymusan deyə,
Həsrətdir qonağım yenə bu gecə.

Mən səni canımdan çox sevdim ey yar,
Sən isə olmadın vəfalı bir yar.
İndi çox vəfalı bir həmkarım var
Həsrətdir qonağım yenə bu gecə.

Gəl sənə bir sirri aşkar eyləyim
Səni sevdiyimi sənə söyləyim
Ah nalə etməyim axı neyləyim?
Həsrətir qonağım yene bu gecə.

Sənsən tək pənahım ey uca Allah
Mənim bu eşqimi heç vaxt bitirmə
Açılsın nur ilə açılan sabah
Yarımın ömrünə bulud gətirmə.

İlahi tək sənə ümid eirəm
Nə olar bu eşqim ən uca olsun
Sən ki, bilirsən nə cür sevirəm
İzin ver o mənim mələyim olsun.

Ya Rəbbim mən onu sevdiyim qədər
Barı o da məni sevsin nə olar
Sənin əlindədir büs-bütün qəlblər
Məni də o yara sevdir nə olar.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri