Ağlamaq çarə deyil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2848
Səs ver:
(səs: 2)
Nə qədər danışsaq faydası yoxdu
Bu haqqsız dünyanın qaydası yoxdu
Ürək qırılmasın o qırıldısa
Sınmış bir ürəyin bərpası yoxdu

Ağlamaq nəyinsə çarəsi deyil
Göz yaşı dərdlərin naləsi deyil
Mənim çəkdiklərim acılarki var
Bilməyən anlamaz,biləsi deyil

Çoxalıb sevgini gözdən salanlar
Saxta məhəbbəti gerçək sananlar
Eşq üçün ölümü gözə alanlar
Ölərəm desə də öləsi deyil

Gözləmək ağırdı qəlbi ağrıdar
Eşq acı çəkməkdi həsrət acıdar
Gedəni düşünmə bəlkə qayıdar
Getdisə gedəcək gələsi deyil

Muxtarov Araz....
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2848
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri