Mikayıl Müşfiqi 'ANA'

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 144
Səs ver:
(səs: 2)
Bir gün Mikayıl Müşfiqi Rəsul Rza evinə dəvət edir.Xeyli söhbətdən sonra süfrəyə yemək gətiriləndə Müşfiq gülümsəyərək:
— Mən ömrümdə bu böyüklüyündə qutab görməmişəm, — dedi, — ac adam bunun ikisini güclə yeyər.
Dostlar gülüşdülər. Rəsulun anası isə dedi:
— Oğlum, bu, qutab deyil. Şirvanda hamı ona kətə deyər. Çox dadlıdır. İçərisinə ən ətirli göyərtilər, bir də turşu əvəzinə nardança qoymuşam. Nuşi-canlıqla yeyin.
Müşfiq ilk dəfə eşitdiyi «kətə», «nardança» sözlərini ağızucu təkrar etdi. Nədənsə bir anlığa xəmir yayan Rəsulun anası ilə sac üzərində kətə bişirən qaynanasına baxdı və dərindən köks ötürdü. Bir papiros yandırıb, ürəyində həmişəlik qubar salmış bu sözləri pıçıldadı:
— Görəsən, anam sağ olsaydı...
Həmin axşam Müşfiq üzünü xatırlamadığı, sözünü, söhbətini yada sala bilmədiyi, 2 yaşında ikən itirdiyi anası Züleyxa haqqında şerini yazdı:

Ana dedim, ürəyimə yanar odlar saçıldı, Mikayıl Muşfiq
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin çilvəsində yaratmış;
Ana, ana… çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bəzi faqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,
Diyorum ki, — qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri