Mən niyə böyüdüm belə tez birdən?

Şərhlər: 7
Baxılıb: 3 693
Səs ver:
(səs: 1)
Yadıma düşəndə keçmişim hərdən
Xəyala dalıram,xatirələrdən
Gözümdə canlanır uşaqlıq çağım
Mən niyə böyüdüm belə tez birdən

Yadıma düşdükcə sulanır gözüm
İçimə od vurur alışır közüm
Dərdim yox,sevincdən gülürdü üzüm
Mən niyə böyüdüm belə tez birdən

Necə keçmişimi ağlımdan atam
Ötən illərimlə təsəlli tapam
Onda ölməmişdi sağ idi atam
Mən niyə böyüdüm belə tez birdən

Muxtarov Araz
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri