İndi hardasan sevgilim?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 090
Səs ver:
(səs: 2)
İndi hardasan sevgilim,
Nə yeyib, nə içirsən?
İndi harda həyət salıb
Hansı evə köçürsən?

Yenə sərxoş sürücülər,
Yenə soyuq gecələr..
Yenə sürət həddin aşıb,
Qəza edir küçələr.

Bizdən qalan ləpirləri
Külək silib süpürür..
Yağıs deyil..qoca tanrı,
Üzümüzə tüpürür..

İndi kimlə savaşırsan,
Qanın ,qadan olurmu?
Sənə uduzub özünü
Qadan alan olurmu?

Səndən qalan şəkillər,
Bir də köhnə gödəkcən
Oxşayıram gecə gündüz,
Deyirəm " laylay, Təkcəm.."

Mən elə bildiyin mənəm,
İynə, dərman, siqaret..
Bir də sənin xəyalların
Gəl halal et, sonra get..

Yenə baş ağrıları,
Yenə yuxu həbləri
Yenə ürəyim əlimdə
Gəzirəm təbibləri..

Məni boş ver..Yaraşıqlım
Yaşayıram daa, görək.
Evlənmisənmiş.. xoşbəxt ol!
Oğlun, qızın, mübarək..

Sənin evin bizim kücə,
Və ürəyimdəki hər yer..
Mənim evim səndən sonra,
Onkoloji dispanser.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri