Gəl...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 821
Səs ver:
(səs: 0)
Bu səhər başqa səhər , bu gün bir başqa gündür
Darıxmağın üstünə bir də sıxıntını gəl
Bir zamansız xəstəlik, bir də tənhalığı gəl
Quru baxışa həsrət, bir şirin sözə möhtac
İçib-içib ünvansız "heç kimin" arxasınca
Divarlara söylənib, tavana küsməyi gəl.
Susuz çaydanlıq kimi, ocaqda nalə çəkib
Qap-qara kəsilməyi gəl ömrümün üstünə....
Sigar ardıyca sigar...dolub daşır küldanlıq
Otağın dumanından asılıbdır tənhalıq
Boğulmaq belə xoşdur düşünsənə bir anlıq
Bir qəzetin küncündə heç kim tanımasa da
Bir "heç kim" tanıyacaq, heç vaxt olmayan kimi
Bəlkə də ağlayacaq .heç vaxt olmayan kimi....
Bu səhər başqa səhər, bu gün bir başqa gündür...
Darıxmağın üstünə bir də xəyalları gəl
Gəl ki batım xəyala " heç kim"lə vidalaşım
Bəlkə də adam olub
tutub xəyallarımın ardıyca addımlayım.
Bu dəfə sərxoşluğum bari işə yarasın
Aparsın biixtiyar "heç kim" olan şəhərə
Unudum boş qüruru, heç olmayan şərəfi
Onsuz da sürünürəm, yoxdur başqa tərəfi.
Onu unutmaq üçün içi dolu qədəhə
Yalvardığım anları, qoy özünə yalvarım.
Bəlkə "heç kim"liyindən bir dəfəlik qurtulum
Həm özümə həm də ona bir ad qoyum.
Bu həyatın zindanından bir əbədi azad olum...
Bu səhər başqa səhər, bu gün bir başqa gündür
Darıxmağın üstünə gəl hər nəyi istəsən
Bir şeir gəl darıxmaqdan yazılan
Bir "heç kim"lə məhəbbətin bəxş etdiyi əzablardan doğulan
Səhərin xeyirindən, axşamın da şərini xeyirliyə çevirən
Bir şeir gəl bədbəxtliyi , xoşbəxtliyə çevirən
Bir insan gəl, həyatını əlləriylə cəhənnəmə çevirən...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 821
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri