~Sevsəydin məni..:((

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 146
Səs ver:
(səs: 2)
Sən də o zamanlar sevsəydin məni,
Qəlbimi yad eşqə məhkum etməzdim.
Sevmədən tutub da özgə əlləri,
Özümə bu qədər cəza verməzdim.:ciyy:

Sən bir kəz sevirəm desəydin mənə,
Hər yerdə səsini soraqlamazdım.
Adını bir kimsə çəkdiyi yerdə,
Kənara çəkilib hey ağlamazdım.:uhu:

Sən bir kəz üzümə gülsəydin əgər
Niyə gizlədərdim təbəssümümü?
Hər gülən dodaqda səni axtarıb
Niyə itirərdim sənsiz özümü?:uzulen:

Bəlkə o zamanlar sevsəydin məni
Sevginin varlığın danmazdım belə.
Sevdiyin insan da sevsəydi səni
İnan mən bu qədər yanmazdım belə.:uzulen:

Sən kaş ki, əcəlim olardın mənim,
Mənə qardaş deyib dostum olmazdın.
Necə ki, eşqimə uzaq dururdun,
Elə özümə də yaxın qalmazdın!:uzulen:
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri