Dərdimin Dərdi

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 325
Səs ver:
(səs: 2)
İlahi, ömürlük həsrətə düşdüm,
Zamanmı dəyişdi, mənmi dəyişdim?
Sevdiyim başqadır, sevənim başqa,
Mən belə yaşamaq istəməmişdim...

Dərdimə bir əlac edə bilmirəm,
Təsəlli axtarım nədə bilmirəm,
İlahi, ayrılıq yolumu kəsdi,
Səadət çağırır gedə bilmirəm.

Canım dediklərim canımı aldı,
Aylarım, illərim gözümə doldu,
Mənə mənim qədər yaxın idi, o,
İndi zirvələşib əlçatmaz oldu...

Həsrətdən sızlayan bir şairəm mən,
Hər bir nəfəsimdə ah çəkirəm mən,
Bəlkə də, hər zaman tələsdiyimçün,
Taleyə, qismətə gecikirəm mən.

Dərdimin dərdi də üzür dərdimi,
Yolumun üstünə düzür dərdimi,
Dərdsizlər əl açıb dilənsəydilər,
Ömürlük verərdim nəzir dərdimi...
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri