Bəlkə özüm tərk eləyim dünyanı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 802
Səs ver:
(səs: 2)
Dünya mənə ayrılığı verməmiş,
Bəlkə özüm tərk eləyim dünyanı?
Gül baxçamdan,güllərimi dərməmiş,
Bəlkə özüm tərk eləyim dünyanı?

Bu fikir qəlbimi yamanca üzür.
Dünya dərdi-qəmi ard-arda düzür.
Gözüm bir kədərlə dünyanı süzür.
Dünya mənə qəmdən hasar hörməmiş,
Bəlkə özüm tərk eləyim dünyanı?

Kədər bir gün gələcəkdir bilirəm.
Gözyaşımı təsəlliylə silirəm.
Öz-özümə özüm hərdən deyirəm,
Ayrılığın izlərini görməmiş,
Bəlkə özüm tərk eləyim dünyanı?

Atamı qəbirə qoydum əlimlə.
Üzərinə torpaq atdım "belimlə".
Allahdan rəhmət dilədim dilimlə.
Bu məzara bir sevgi də sərməmiş,
Bəlkə özüm tərk eləyim dünyanı?

Dünya mənə ayrılığı verməmiş,
Gül baxçamdan,güllərimi dərməmiş,
Bu məzara bir sevgi də sərməmiş,
Bəlkə özüm tərk eləyim dünyanı?
Bəlkə özüm tərk eləyim dünyanı?
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri