Gör necə güclüsən

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 4 105
Səs ver:
(səs: 2)
Yatmaq istəyirəm... sənsizliyimi
Yuxu dənizində batiram deyə
Yuxumsa kölgəni, öz kölgəm kimi
Izləyir qısqanır səni hər şeyə
Yuxum qaçaq düşüb,məndən yan gəzir
Yuxum küçələrdə sərgərdan gəzir
Həsrətin asılıb kipriklərimdən
Yuxum da gəlmir ki,heç olmasa mən
Itirim batırım səni yuxumda
Məndən vəfalıymiş sAənə yuxum da
Yuxum qaçaq düşüb yatammiram mən
Yuxum qorxub qaçıb fikirlərimdən

Gəzmək istəyirəm...sənsiziyimi
Yollarda itirim,unudum tamam
Hara gedirəmsə xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram
Səni itirmişəm,neynəyim ancaq
Hər zaman, hər yerdə görünür yerin
Yox, dözə bilmirəm dərd ondadır ki,
Özündən ağırdir xatirələrin
Şirin xatirələr bir xəyal kimi
Yollara səpilib dəstəbədəstə
Xatirən tikandir,çızir qəlbimi
Yoxluğun duz səpir yaramin üstə
Yaddaşim elə bir,günəş ki,gün ki,
Dünəni nur kimi görürəm aydın
Deyirəm yaddaşim elə olsun ki,
Mənə dünənimi xatırlatmasin

Gülmək istəyirəm...sənsizliyimi
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim məhəbbət bir cəllad kimi,
Mənim gülüşümü öldürmüş bütün
Yandırdı könlümü bu soyuqlugun
Var ikən,sağ ikən yox olmuşam mən
Gör necə güclüsən,sənin yoxluğun
Bütün varlığımı aldı əlimdən
Başımda tufan var,könlümdə çovğun
Arzu da,fikir də qalsın yarıda
Gör necə güclüsən,sənin yoxluğun
Mənə ögey etdi doğmalari da
Fərəhim,sevincim dünəndə qaldı
Dərdimdə,qəmimdə yaşarsan mənim
Yoxluğun gör neçə qələbə çaldı
Bu günüm ölüdür,yaşar dünənim.
Çaldım öz könlümu ayrı simdə mən
Ilişib qalmışam,dünənimdə mən.


MÜƏLLIF-BƏXTIYAR VAHABZADƏ
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 4 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri