Sən getdin,elə bil dünya boşaldı Yazda köçüb getdi,yeri boş qaldı Bahar ürəyimi sənsiz qış aldı, Mən yaza vurulmuşam,qışı neynirəm. Eşqimi aparıb sən getdin demək Eşqsiz bir dünya nəyimə gərək. Soyuq daşa döndü,o gündın ürək Sinəmdən asılan daşı neynirəm. Həmişə ayrıyıq,gecə-gündüzük Birimiz təpəyik,birimiz düzük. Üstünün qaşıyla tanınar üzük Əgər üzük yoxsa,qaşı neynirəm. Niyə yaşayıram,mən niyə sənsiz, Nə yerə baxıram,nə göyə sənsiz. Mən ki,kor olmuşam hər şeyə sənsiz, Kor gözün üstündə qaşı neynirəm?!