Dağda şəlalə kimi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 4 503
Səs ver:
(səs: 2)
Bir rəngi yox,göylərin min rəngini sevirəm
Bir gülü yox,güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox,uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm.

Göydə qürub çağı da,dan yeri də gözəldir
Həyatın sevinci də,kədəri də gözəldir
Həyat bir cıdır düzü,bir döyüş meydanıdir
Hər kəsi öz qüdrəti,öz cürəti tanıdır
Inci üzə çıxarmi çalxalanmasa ümman?
Bu meydanda heyif ki,daim eniş axtaran
"Azca aşim,ağrımaz başım" deyənlər də var.
Kədərdəki nəşəni,zövqü anlamayanlar
Həyatın nəşəsindən,fərəhindən nə anlar?

Hər kədəri səadət,hər sevinci qəm izlər
Əsil könül həm qəmi,həm sevinci əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur
Daim sevinc axtaran,daim qəmə tuş olur.
Düşmənəm yaltaqlanib təpəyə "dağ" dəyənə.
"Bu dünyada birtəhər qoy yaşayaq"-dəyənə
Ah birtəhər!... Lüğətə bu söz hardan gəlmədir?
Yaşamaq yaşamaqdir!Bəs bu birtəhər nədir?
Mən düşmənəm,düşmənəm belə ölü canlara
Gündən qaçıb həmişə kölgə axtaranlara
Qardaş , min duyğu ötsün ürəyindən bir anda
Sən qımişma güləndə,inləmə ağlayanda
Ağlasan hönkür ağla, gülsən qəhqəhə çək gül
Gülsən də,aglasan da tamam doysun qoy könül.
Yaşamaq istəmirəm sürünüb dizin-dizin
Istəyirəm ən uca zirvələrə mən çatam
Xəfif sakitliyini neyləyirəm dənizin?
Onun qasırğasına,dalğasına vurğunam
Qoy döysün yağış məni,boran məni,qar məni,
Həyatın boranlari daim yaşadar məni
Istəmirəm həyatin sakitcə otaqda keçsin lal kimi
Istəyirəm döyüşəm qayaların başında,düşmənlə qartal kimi
Bağçadaki arx kimi ötüb həzin nəğməler,axmagi istəmirəm
Səyyah olub həyata seyirci bir nəzərlə baxmağı istəmirəm
CAğlamaq istəyirəm dağda şəlalə kimi
Səpilmək istəyirəm çöllərə lalə kimi
Dərya olub,nehr olub,çalxanmaq istəyirəm
Göylərdə ulduz kimi,mən yanmaq istəyirəm
Şigimaq istəyirəm başsiz küləklər kimi
Bəslənmək istəyirəm bütün ürəklərdə mən,arzu diləklər kimi
Bir rəngi yox,göylərin min rəngini sevirəm
Bir gülü yox,güllərin çələngini sevirəm
Mən çıxmağa təpə yox,uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm,YAŞAMAQ ISTƏYIRƏM!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 503
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri