8 möhtəşəm günəş hadisəsi - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 764
Səs ver:
(səs: 4)
Yenədə ən maraqlısı Çelyabinsk’də baş verir. Üzərlərinə meteorit düşdüyü zaman dərhal «üç günəş» səmada işıq saçır. Bu günlərdə yerli sakinlər interneti qalo (Günəşin ətrafında dairəvi şəkilli optik fenomen) şəkilləri ilə doldururlar. Fotoqraf və səyahətçilərin müxtəlif illərdə çəkdiyi bir-neçə möhtəşəm günəş hadisəsini təqdim edirik:

Qalo — göy qurşağının buz analoqudur.



Pargeli — qalonun bir növüdür, günəş səviyyəsində rəngbərəng ləkə kimi görünür.



Günəş dirəyi — Qərbi Virciniya şəhərində işıq dirəyi.



Broken kabusu — dağlarda duman olduğu zaman rast gəlinir. Bu, günəşə qarşı tərəfdən baxıldığı zaman baş verir. O daha çox göy qurşağı parıltısı Qloriya ilə əhatə olunur.



Qütb parıltısı — Arxangelskdə qütb parıltısı. O, yerin maqnit sahəsi ilə günəş küləyinin toqquşmasından yaranır, üstəlik sadəcə Şimal və Cənub qütblərində olmur.



Yaşıl işıq — günün ilk şüaları ilə günün son şüaları zamanı yaranır. İzləmək çətin və göz üçün təhlükəlidir. Üstəlik bir-neçə şərt də lazımdır: açıq üfüq, təmiz hava və buludsuz iqlim.



Alovlu göy qurşağı — nadir atmosfer hadisəsidir, üfüqi günəş şüalarının sınması nəticəsində yaranır.



Günəş tutulması — günəşin yerdəki müşahidəçiyə əsasən tam və ya qismən görünməməsi.

(səs: 4)
Şərhlər: 9
Baxılıb: 8 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri