Həyatda xoşbəxt olmağa səbəb tapmayanlar düyanın gözəlliklərini görə
bilməyənlərdir. Ancaq dünya o qədər gözəldir ki, onun gözəlliklərini
seyr etmək insanı başqa bir aləmə apararaq ruh yüksəkliyi bəxş edir.
Dünyada macəra sevərləri özünə cəlb edən çoxsaylı meşələr mövcuddur.
Müxtəlif ölkələrdə yerləşən bu füsunkar meşələr fotoqrafların da
diqqətindən yayınmayıb. Gözəlliyi ilə hər kəsin diqqətini çəkən meşələrə
hər il yüzlərlə insan axışıb gəlir. Zəngin bitkilər aləmi, qeyri-adi
görünüşü və eyni zamanda təhlükəliliyi, vahiməli görünüşü ilə seçilən
meşələr də mövcuddur.
Qadınlar.biz sizə həm gözəl həm də qeyri-adi meşələri təqdim edir.
Belə meşələrdən bir Çexiya və Slovakiya arasında yerləşən Ağ Karpat
meşələridir. Bu meşədə flora aləminin 2000 növü yetişir. Qoruq meşə
Çexiyanın ən gözəl parklarından biri hesab olunur. Burada təbiətin
inciləri hesab olunan şam ağacı, fıstıq, palıd, ağcaqayın, vələs,
qaraçöhrə və qızılağac kimi ağac növlərini görə bilərsiniz. Qoruqda
xüsusi yetişdirilən yapon sakurası, qarağat, yasəmən, şümşad, siqar
ağacı, şabalıd ağacı kimi ağaclar da mövcuddur. Gözəl güllərdən orxideya
müxtəlif bənövşələr, alp astra, novruzgülləri, nərgiz gülü, bu qoruğu
öz gözəlliyi ilə əhatə edir.
Zəngin florası olan bu tipli meşələr çoxdur.
Digər bir meşə isə Rumıniyada yerləşən bataqlıq meşələridir. Bu meşə
hər kəsdə bir qorxu oyadır. Başdan-başa yosunlarla, bataqlıqlarla əhatə
olunan meşənin iqlimi soyuqluğu ilə seçilir.
Bavariya, Almaniya
Beskid, Çexiya respublikası
552 hektar sahəni əhatə edən Hallerbos meşəsi yaz fəslində turistlərin
axın etdiyi ərazidir. Birinci Dünya müharibəsi zamanı həddindən artıq
ziyan görmüş bu meşə yenidən bərpa olunmağı bacarıb. Buranın mistik
təbii quruluşu hər kəsin xoşuna gəlir. Əvvəlcə yamyaşıl xalça kimi
örtülən otlar bir həftə sonra bənövşəyi rəngin müxtəlif tonları ilə
yenidən canlanır.