Suyun altında şəhər salınır - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 967
Səs ver:
(səs: 5)
Dünyada ilk sualtı şəhərin layihəsinin icrasına başlanılıb. 
Belçikalı arxitektor Vinsent Kallebotun müəllifi olduğu layihə əsasında inşa edilən "Aequorea” Rio-de-Janeyroda, okean sahillərində suyun altında salınır.   
 
"Aequorea”nın bir kompleksi 20 min sakin üçün nəzərdə tutulub. Onun hər yaşayış məntəqəsinin diametri 500 metr olacaq. Mühəndislər sualtı şəhərdə yaşayış üçün yüksək şəraitin yaradılacağını bildirirlər. 
 
Qeyd edək ki, belçikalı arxitektor Vinsent Kallebot gələcək inşa ediləcək şəhərlər üçün uğurlu ekoloji layihələr hazırlamaqda məşhurdur. Onun yeni sualtı şəhər layihəsi isə istifadə edilmiş plastik materiallardan və yosunlardan hazırlanacaq. Yaşayış binalarının bəzi strukturları isə meduzaları xatırladacaq.   
 
Vinsent Kallebot yeni şəhərin qida ilə təchizatı problemini yaşayış məskənlərinin ətrafında salınacaq hibrit təsərrüfatları hesabına ödəməyi təklif edib.
 
"Aequorea” təbii ehtiyatlardan və torpaqdan qənaətlə istifadəyə yol açacaq. Habelə okeanın dibinin plastik tullantılarla çirkləndirilməsinin qarşısını alacaq. Üstəlik, layihə uğurla başa çatsa, suyun altında daha 5 şəhərin salınması ideyasına yol açacaq.

 

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 12
Baxılıb: 2 967
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri