İnsanlıqdan imtina edib canlı oyuncaqlara çevrildilər – FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 5 265
Səs ver:
(səs: 4)
Oyuncaq maşınlar və tapançalar gəlinciklər uşaqların ən çox sevdiyi oyuncaqlardır. Elə bir uşaq tapılmaz ki, özünün ən qayğısız illərini bunlarla keçirməsin. Amma oyuncaqlarla, gəlinciklərlə maraqlanan təkcə uşaqlar deyil. Belələri arasında böyüklər, məşhur satirik hekayədə deyildiyi kimi saqqalı "uşaqlar” da var. Hətta elə böyüklər ki, onlar xarici görkəmlərini dəyişərək, "barbi”lərə, canlı gəlinciklərə çevriliblər.

55 yaşlı Sara Berci "bioniki qadın” adlandırırlar. O, yüzlərlə plastik əməliyyata girərək və 3 milyon dollar xərcləyərək həmişə sevdiyi Barbiyə bənzəməyə nail olub.
 
Braziliyalı Rodriqa Alves Kena adlı oyuncağa çevrilmək üçün 15 plastiki əməliyyat keçirib. İngiltərədə keçirilmiş bu əməliyyatlardan təkcə 10-u 100 min funt sterlinqə başa gəlib.
 
Rusiyadan olan, oyuncaq qız adlandırılan 16 yaşlı Lolita Riçinin insan olmasına inanmaq çətindir. 
Kelso Santibanes də 45 min dollar xərcləyərək özünü Kena oyuncağına oxşatdı. Telekanallara çıxan Kelso 15 min dollar pul qazandı. 
 
Ukraynalı Alina Kovalevskaya da gəlinciyə çeilmiş insanlardandır. O, saysız-hesabsız plastiki əməliyyatlara girərək özünü Barbiyə bənzətdi.
 
Daha bir canlı oyuncaq Castin Cedlikdir. On minlərlə dollar pul xərcləyib kosmetik prosedurlardan və əməliyyatlardan keçmiş bu şəxsin yeganə arzusu plasik oyuncaq kimi görünmək olub.
 
Gəlincik insanlardan ən məşhuru Valeriya Lukyanovadır. Ukraynalı model təkcə bir plastik əməliyyatda döşlərini 2 dəfə böyüdüb.
 
Maurisio Qaldi – braziliyadan olan bu 27 yaşlı gəlincik insan Kenaya oxşamaq üçün 8 plastiki əməliyyatdan keçib.

Dakota Rouz isə internetdə Kotakoti psevdonimi ilə məşhurdur. "Youtube”da şəxsi bloqu olan bu qızın 25 yaşı var.
 
Vinus Palermo da bu yaxınlarda məşhur olub. Yapon musiqisini ifa edən Vinus canlı oyuncaq adlanır.
 
Vanillo Şamyu 30 plasiki əməliyyatda 130 min dollar pulundan keçməli olub. Bu işdə ona bir neçə istedadlı cərrah kömək edib.
 
İngiltərədən olan Laurai Li özünün sevimli Barbisinə oxşamaq arzusuna çatıb. 24 yaşlı gəlincik qız hər gün təkcə makiyajına 4 saat vaxt ayırır.
 
Anastasiya Şpaqina Ukraynada bərbər-stilist kimi çalışır. "Animasiya qız” ləqəbli Anastasiya hər gün vaxtının saat yarımını özünün bəzənməsinə həsr edir.
 
Moskvadan olan Anjelika Kenova isə könüllü yox, valideynlərinin istəyi ilə gəlincik insana çevrilib. 6 yaşında anasının ona Barbi oyuncaqları aldığını deyən qız açıq-saçıq fotosessiyalarda çəkilir.
 
Blondi Bennet də Barbi-insandır. Çoxsaylı plastiki əməliyyatlardan keçmiş qadın bu sözü ilə məşhurdur: - "Mən beyinsiz olmaq istəyirəm”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 17
Baxılıb: 5 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri