Boliviyada
duzdan tikilmiş otel var. Palasio de Sal adlanan bu yer sağlamlıq üçün
dünyanın ən faydalı yerlərindən biri sayılır. Duzlu bloklardan
hazırlanan binanın özü insanın ağ ciyərlərini təmizləyir.
Dünyanın
ən nəhəng duz səhrası olan Solar den Uyunidə yerləşən bu oteldə hər şey
– divarldar, tavan, döşəmə, hətta mebel duzdandır. Ümumilikdə bu tikili
üçün 10 min ton duz sərf edilib.
Otel
təkcə materialı ilə deyil, qoyulan şərti ilə də dünyada maraq doğurub:
Qonaqlara dimvarı yalamaq qadağandır. Bu, divarın uçmasına səbəb ola
bilər. Lakin işçilər bildirirlər ki, qonaqlar binanın həqiqətən duzdan
tikildiyinə əmin olmaq üçün bu şərti mütəmadi olaraq pozurlar.